SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qadınlar da futbolu sevə bilər...”

Başlıq sizə qəribə gələ bilər. Ancaq bu realdır. Dünyada milyonlarla qadın azarkeş var. Onlar sevdiyi komandaların oyunlarına gedir, onlara hər yerdə və şəraitdə dəstək olurlar.

Təəssüf ki, ölkəmizdə futbola azarkeşlik edən qadına münasibət əksəriyyət tərəfindən birmənalı deyil. Buna baxmayaraq, elə qadın azarkeşlərimiz var ki, futbol bilikləri və sevgiləri ilə kişilərə dərs keçə bilər. Elə xəbərimizin mövzusu da o qadınları başına yığan bir azarkeşdir.

Sosial şəbəkələr və bir zamanlar efirdən tanıdığımız Rəfiqə Əziz bu yaxınlarda dostlarını bir araya gətirərək yeni bir layihəyə imza atıb. O, böyük Avropa komandaları və yerli xanımları bir araya gətirərək maraqlı fotosessiya etdirib.

Qrafik tərzdə işlənən şəkillərin müəllifi İntiqam Line kimi tanıdığımız fotoqrafdır. Çəkilişdə göstərdiyi forma dəstəyinə görə isə, “Fanshop Azerbaijan”-a, xüsusilə də, Orxan Məmmədova böyük təşəkkür düşür.

Eksklüziv yayım hüququ isə, BAKU.WS-ə aiddir.

Layihədə iştirak edən xanımların hər biri azarkeş olmaqla bərabər öz işlədiyi sahədə də yetəri qədər məşhurdur.

Şəkillərdə Lider TV-dən tanıdığımız Səhər Əkbər, Gövhər Heybətli, aktrisalarımız Xumar Səlimli, Zarina Qurbanova, layihə rəhbəri və AvtoRadio 107.7-dən tanıdığımız Rəfiqə Əziz və bir çox tanış simalar görəcəksiniz.

Real Madrid – Rəfiqə Əziz
Barselona – Cəmilə İbrahimova
Mançester Yunayted – Aysu İbrahimli
Liverpul – Ellada Eyvazova
Mançester Siti – Gövhər Heybətli
Çelsi – Səhər Əkbər
Arsenal – Sevinc Abbasova
Bayern Münhen – Maral Zeynalova
Borussiya Dortmund – Səbinə Qurbanova
Milan – Zarina Qurbanova
Yuventus – Xumar Səlimli

(c) BAKU.WS