SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. 
 
BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qardaş ölkənin millisini bundan sonra rumın mütəxəssis Mirça Luçesku çalışdıracaq.
 
Rumıniyalı mütəxəssislə 2+1 illik müqavilə imzalandığı bildirilir.
 
Qeyd edək ki, Mirça Luçesku daha əvvəl bu ölkənin "Qalatasaray” və "Beşiktaş” klublarında işləyib. Onun sonuncu çalışdırdığı klub Sankt-Peterburqun "Zenit" kollektivi olub.