SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Barcelona” futbol klubunun və Argentina yığmasının forvardı Lionel Messi ötən gün öz doğma şəhəri Rosarioda sevgilisi Antonello Rokuzzo ilə evlənib.

Toya 260 nəfər qonaq dəvət olunub. Rosarioya hazırkı oyunçulardan Neymar, Luis Suares, sevgilisi kolumbiyalı müğənni Şakira ilə birlikdə Jerar Pike, həmçinin Karlos Puyol, Serxio Aquero, Qonsalo İquain qatılıblar.

Məclisdə 10 ildən artıq müddətdə münasibətdə olan cütlüyün iki oğlu, uşaqlıq dostları da iştirak ediblər.
 
BAKU.WS