Türkiyə - Portuqaliya matçına təyin olunmuş baş hakim danışılmış oyuna görə 6 ay cəza alıb - FOTO
AVRO-2024 çərçivəsində keçiriləcək Türkiyə - Portuqaliya matçını idarə edəcək hakimin Feliks Zvayer olduğu açıqlanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşqçinin karyerası ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.
Alman referi Feliks Zvayer 2009-cu ildən Bundesliqada oyun idarə edir. 2012-ci ildə FİFA nişanını taxan 43 yaşlı Zvayer Bundesliqada 229, Çempionlar Liqasında 30, Avropa Liqasında 25 matçda meydana çıxıb. O, VAR texnologiyasının ilk dəfə tətbiq olunduğu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının video köməkçi hakimlərindən biri seçilib.
Feliks Zvayer problemli hakimlik karyerası keçirib. 2005-ci ildə Vuppertal və Verder Bremen həvəskar komandaları arasında oynanılan matç bütün karyerası boyunca onu təqib edib. 2-ci Bundesliqanın baş hakimi Robert Hoyzerin köməkçisi olduğu matçda hakimin ona verdiyi 300 avro müqabilində “Vuppertalın xeyrinə kritik mövqelərə məhəl qoymamaq” iddiası ilə oyuna cəlb edilmiş və ona görə 6 ay cəzalandırılmışdı.
Almaniyanın "Die Zeit" qəzeti Almaniya Futbol Assosiasiyasının gizli sızdırılmış dosyesini dərc edənə qədər bu hadisə bir neçə il gizli saxlanılıb.
Onun pulu alıb-almaması ilə bağlı mübahisələr olsa da, Almaniya Futbol Federasiyasının iş materiallarında Zvayerin rüşvət aldığını düşündüyünə dair sənədlər və ifadələrin olduğu bildirilir.
Qalereya
Oxşar xəbərlər
Çempionlar Liqasını qazana bilməyən 11 ən yaxşı baş məşqçi bəlli oldu - SİYAHI
Çempionlar Liqasını heç vaxt qazana bilməyən ən yaxşı məşqçilərin adları açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə futbol azarkeşlərinin yaxından izlədiyi "F...