SİZİN REKLAM BURADA!
055 213 76 73


Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

Bu barədə BAKU.WS-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Zəhra böyüklər, Şəms isə gənclər arasında bu nailiyyətə imza atıb.

Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

BAKU.WS