SİZİN REKLAM BURADA!
055 213 76 73


Aprelin 6-da Rusiyanın Nijnekamsk şəhərində K-1 üzrə Tatfight qran-prisinin qalibi təmsilçimiz Rəvan Ağazadə (65kq) olub. 

BAKU.WS xəbər verir ki, o kəmərə sahib olmaq üçün iki döyüş keçirib. Hər iki döyüşdə yerli idmançılarla üz-üzə gələn Rəvan finalda Musin Danil ilə qarşılaşıb.

İlk 3 raunda hakimlərin qərarı ilə heç-heçə elan olunduğu üçün cütün taleyini müəyyənləşdirmək səbəbi ilə ekstra raund təyin olunub. Həlledici raundda təmsilçimiz rəqibini üstələyib və kəmərə sahib cıxıb.

Qeyd edək ki, R Ağazadə “Zabit Samedov Fight Club”un təmsilçisidir. 

BAKU.WS
VİDEO

QALEREYA