SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın ulduzu Mauro İkardinin həyat yoldaşı Vanda Nara "Fənərbağça"nın meydanı tərk etməsindən sonra ləğv edilən Superkubok matçı ilə bağlı paylaşım edib.

BAKU.WS-in xəbərinə görə, o bu barədə sosial şəbəkə hesabında video yayımlayıb.

Nara "Futbol cəsurlar üçündür. Çempionlar. Təbrik edirəm", - deyə qeyd edib.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandaları arasında Türkiyə Superkuboku matçı keçirilib. Artıq ilk dəqiqədə Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Bu qoldan sonra "Fənərbağça"lılar oyunu boykot edərək, meydanı tərk ediblər. "Fənərbağça"ya texniki məğlubiyyət veriləcək və "Qalatasaray" Türkiyə Superkubokunun qalibi elan olunacaq.

Paylaşımı təqdim edirik:

BAKU.WS
VİDEO