SİZİN REKLAM BURADA!
055 213 76 73


"Trabzonspor"-"Fənərbağça" matçından sonra baş verən hadisələrlə əlaqədar 12 nəfər saxlanılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, hadisələrlə bağlı araşdırma və istintaq davam edir.

Qeyd edək ki, Türkiyə Super Liqasının 30-cu turunda "Fənərbağça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.

Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. 

“Trabzonspor” tərəfdarları ilə “Fənərbağça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.

Qeyd edək ki, hazırda "Fənərbağça" 79 xalla ikinci pillədə qərarlaşıb. "Trabzonspor" isə 49 xalla üçüncü sıradadır.

BAKU.WS