VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qətər şirkəti olan "Bein Media Group" tərəfindən satın alınan "Lig TV" kanalı dünən gecədən etibarən tarix oldu.

BAKU.WS-in məlumatına görə, "Lig TV", "Lig TV 2", "Lig TV 3" və "Lig TV 4" kanallarının adı "Bein Sports", "Bein Sports 2", "Bein Sports 3" və "Bein Sports 4" olaraq dəyişdirildi.

Türkiyə Super Liqası ilə yanaşı "Premyer Liqa", "La Liga", "Ligue 1" və "Serie A"nın da nəşr hüquqlarına sahib olan kanallar "Lig TV" adıyla son dəfə dünən yayımlanıb.

"Digitürk"dən verilən məlumata görə, bu gündən etibarən Türkiyə Super Liqa matçları da daxil olmaqla bütün liqa oyunları bazar ertəsi gecəsinə qədər şifrəsiz və pulsuz olaraq yayımlanacaq. 

Nazim Babayev
BAKU.WS