SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbul derbisində "Beşiktaş" və "Qalatasaray" matçı sona çatsa da klublar arasında mübahisə hələ də davam edir.

Buna səbəb "CimBom"un sosial media hesasında sarı-göy yelləncəkdə hüznlü qartal paylaşımıdır. 

Məlum paylaşımdan sonra "Beşiktaş"ın futbolçusu Feyyaz Uçar "Qalatasaray" rəsmilərinin üzr istədiyini və postun silinəcəyini bildirib.

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk isə heç kimdən üzr istəmədiklərini və postun silinməyəcəyini açıqlayıb.

Bu iki açıqlamadan sonra "Beşiktaş"ın paylaşıma reaksiyası belə olub: "Təklikdə üzr istəyib halı pis olanların çöldə kükrədiyini deyirlər. Biz sadəcə pişik səsi eşitdik".

Mövzu ilə bağlı açıqlama verən Feyyaz Uçar bunları qeyd edib: "Bu gün "Qalatasaray" rəhbərliyini qonaq etdik, matçın sonuna qədər hamımız matça baxdıq və birlikdə şam yeməyi yedik. "Qalatasaray" rəhbərliyi hələ stadionu tərk etməmişdi, klubun yazısını gördük. Prezidentimiz menecerlərindən xahiş etdi ki, bu yazı dərhal silinsin. Əvvəlcə silinəcəyini dedilər. Yazı hələ də silinməyib. Biz "Beşiktaş"ıq. Qartala sığacaq qəfəs, onun ağırlığını daşıyacaq yelləncək hələ düzəldilməyib".

Metin Öztürk isə bütün olanlarla bağlı bunları deyib: “Beşiktaş”ın meneceri Burak Aslan bizə gəlib postu göstərdi. "Bu, nədir?" deyə soruşdu, mən də "sosial media paylaşımıdır" dedim. Həsən Arat cavab verdi ki, bunu çıxarın, əks halda biz də eyni cür cavab verəcəyik. Qarşı tərəfə dedim ki, sizin fanatlarınız qurucu prezidentimiz Əli Sami Yeni saatlarla lənətləyib. Üzr istəniləcəksə, Əli Sami Yen üçün üzr istəməlisiniz". 

BAKU.WS