SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 4,5 il azadlıqdan məhrum edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, bundan əlavə, zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəyəcək.

Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Braziliyalı müdafiəçi "Barselona"dakı çıxışı ilə məşhurdur. Alveş klubla altı dəfə İspaniya çempionu olub.

BAKU.WS