SİZİN REKLAM BURADA!
055 213 76 73


Trendyol Super Liqa klubları 2023/2024 mövsümünün yay və qış transfer dövrlərində həm xərcləmə, həm də gəlir baxımından rekordlar qırıb. 

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Fasilələrin ən diqqətçəkən transfer əməliyyatı isə "Qalatasaray"ın futbolçusu Saşa Boyenin Almaniya nəhəngi "Bavariya"ya 30 milyon avroya və bonuslara satılması olub.

Mövsümün yay transfer dövründə "Fənərbağça"nın futbolçusu Arda Gülərin İspaniyanın "Real Madrid" komandasına satılması gündəmin 1 nömrəli mövzusuna çevrilib.

"Transfermarkt"ın məlumatlarına görə, Super Liqa klubları yay və qış transfer dövrlərində cəmi 164 milyon 340 min avro satış edərək bu sahədə rekord qırıb. Əvvəlki ən yüksək satış 2018/2019 mövsümündə 139 milyon avro olub.

Transfer satış rekordu qırılarkən, ödənilən transfer haqları da tarixi zirvəyə çatdı. Klublar transferdən 164,34 milyon avro gəlir əldə etdiyi halda, 167,50 milyon avro xərcləyib. Beləliklə, transfer ardıcıl 4 mövsüm mənfi balans ilə bağlanıb. 17/18, 18/19 və 19/20 mövsümlərində balans müsbət bağlanmışdı.

İki transfer dövründə Türkiyədən 3 futbolçu 10 milyon avronu keçən transfer qiyməti ilə klublarına gəlir gətirib. Boe 30 milyon avro, Arda Gülər ​​20 milyon, Attila Szalai isə 12 milyon 300 min avro qarşılığında klubları ilə vidalaşıb.

Ümumilikdə 56 milyon 300 min avro ilə oyunçu satışından ən çox gəlir əldə edən klub "Fənərbağça" olub. Digər tərəfdən 58 milyon 810 min avro xərcləyərək transfer pəncərəsini mənfi 2 milyon 510 min avro ilə bağlayıb. "Qalatasaray" isə 52 milyon 750 min avroluq satışa baxmayaraq transferlərə 33 milyon 590 min avro xərcləyib.

"Qalatasaray" mövsümü 19 milyon 160 min avro transfer qazancı ilə bağlayıb.

BAKU.WS