SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk dünən "Qaziantep FK" klubu ilə matçdan sonra gələcək transferlər barədə danışıb.

BAKU.WS xəbər verir ki, o, klub prezidenti ilə hansı mövqelərə oyunçu alınması barədə danışdığını bildirib:

"Qələbə qazanmaq məcburiyyətində idik. Bu, öz meydanımızda ilk hədəfimizdir. Bunun üçün çox səy göstəririk. Bu matçda da belə oldu. Sonda biz qazandıq. Ona görə də xoşbəxtəm. Oyunçularıma və tamaşaçılarımıza təşəkkür edirəm. Onlar da böyük dəstək verdilər. Onlarla birlikdə bu yolda rekordlar qırılır.

Əsas məqsədimiz çempion olmaqdır. Bu yolda çox vacib qələbə qazandıq. Bu matçlar bizə çempionluq gətirə bilər.

Mən təcili şəkildə sağ və sol cinah müdafiəçisi istəyirəm. Bu mövzuda prezidentimizlə danışmışam. Cənab Erden bu istiqamətdə səylərini göstərir. Rəhbərliyimiz bizi dəstəkləyir. Cümə gününə qədər sağ və sol cinah müdafiəçisini transfer etməliyik".

BAKU.WS