SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bayern" Münhen klubu "Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boeyi transfer etməyə çox yaxındır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, klublar arasında razılıq əldə olunarsa, fransız futbolçu bu gün Münhenə gedəcək.

Fransız sağ cinah müdafiəçisinin transfer qiymətinin 20-25 milyon avro arasında olduğu müəyyən edilib.

"Qalatasaray"la 2025-ci ilə qədər müqaviləsi olan Saşa Boey bu mövsüm 31 matçda meydana çıxıb. 23 yaşlı futbolçu bu matçlarda 2 qola imza atıb.

BAKU.WS