SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"dakı performansı ilə diqqət çəkən Saşa Boey Avropa nəhənglərinin transfer hədəfindədir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, adı bir çox komandalarla hallanan Boey üçün daha bir iddia almanlardan gəlib.

Sağ cinah müdafiəçisi Saşa Boey indi "Bavariya"nın radarına düşüb.

Yayılan məlumatlarda "Bavariya" sağ cinah müdafiəçisi hədəflərindən birinin fransalı futbolçu olduğu bildirilib.

Alman nəhəngi Boeyni Mukielenin alternativi olaraq təyin edir.

"Bavariya"nın PSJ-nin ulduzu Nordi Mukieleni icarəyə götürməyə cəhd etdiyi vurğulanıb.

Alman təmsilçisinin Mukielenin transferini tamamlaya bilməsə, diqqətləri Saşaya yönləndirəcək.

Xəbərdə "Bavariya"nın ulduz futbolçu ilə şifahi razılaşmasına heç bir maneənin olmadığı bildirilib.

Qeyd edək ki, 23 yaşlı futbolçunun "Qalatasaray"la 2025-ci ilə qədər müqaviləsi var.

Bu mövsüm 29 matçda meydana çıxan fransalı 2 qola töhfə verib.

BAKU.WS