SİZİN REKLAM BURADA!
055 213 76 73


“Real Madrid” və “Atletiko” arasında keçirilən İspaniya Superkubokunun yarımfinal matçı başa çatıb.

Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda qarşılaşıblar.

Oyunun əsas vaxtı 3:3 bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.

Burada isə daha iki top vuran “kral klubu” qələbəni bayram edib - 5:3.

Beləliklə də, “Real Madrid” səkkiz qollu matçda “Atletiko”nu məğlub edərək İspaniya Superkubokunun finalına yüksəlib.

BAKU.WS
VİDEO