SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hall Siti"nin sahibi Acun Ilıcalı "Liverpul"un gənc ulduzu Fabio Karvalyonun transferi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, futbolçu tezliklə sağlamlıq müayinəsindən keçəcək.

 

“Fabio Karvalyonun transferi üçün "Liverpul"la razılığa gəldik. Heyətimizə bizi hədəflərimizə aparacaq daha bir mükəmməl adı əlavə etdik! Transfer prosesi çox çətin keçdi, lakin 15-dən çox təklif alan Karvalyo "Hall"ı seçdi. Çox xoşbəxtik. Əla iş gördük!”, - deyə Acun bildirib.

İcarə əsasında keçidi reallaşacaq oyunçunun müqaviləsində alqı-satqı variantı olmayacaq. 21 yaşlı futbolçu qısa müddətdə sağlamlıq müayinəsindən keçəcək.

Qeyd edək ki, Fabio Karvalyo mövsümün ilk yarısını icarə əsasında “RB Leipzig”də keçmişdi.

BAKU.WS