SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin zədəsini nə vaxt sağalacağı və hansı matçda meydana dönəcəyi bəlli olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, həm üzündəki sınıq, həm də ayağındakı zədə səbəbindən oyunlara ara verən argentinalı hücumçunun Superliqanın 21-ci həftəsində "Trabzonspor"la matçda meydana çıxacağı gözlənilir.

Xatırladaq ki, "Qalatasaray"la "Fənərbağça" derbisində üzünə aldığı zərbə nəticəsində üz sümüklərində sınıq yaranan Mauro İkardinin bir müddət oynamayacağı klub tərəfindən açıqlanmışdı.

BAKU.WS