SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubunda uğurlu çıxış edən Mauro İkardi üçün yenidən Argentina millisinin qapıları açılıb.  

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lionel Messi ilə şəxsi problemlərə görə milliyə cəlb olunmadığı iddia edilən argentinalı hücumçu bu dəfə oynamağa çox yaxındır.

Çempionlar Liqasında "Mançester Yunayted", Super Liqada isə "Antalyaspor"a qol və qollar vuran Mauro İkardinin çıxışı böyük təsir bağışlayıb. Təcrübəli hücumçunun uzunmüddətli və ardıcıl çıxışından sonra yenidən Argentina millisinə qəbul olunacağı haqda xəbərlər yayılıb.

Argentinalı hücumçunun son zamanlarda etdiyi uğurlu çıxışı ölkəsinin mətbuatında da geniş işıqlandırılıb. Onun yaxın zamanda milliyə dəvət alacağı iddia edilib.

Qeyd edək ki, Mauro İkardi 2023-2024 mövsümündə "Qalatasaray"ın heyətində 14 oyun keçirib. Argentinalı ulduz bu matçlarda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.

BAKU.WS