SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya nəhəngi "Real Madrid" dövrələr arası fasilədə Mauro İkardini heyətinə qatmaq istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, ötən mövsümdən "Qalatasaray"da vurduğu qollarla rekordlar qıran və çempionluqda böyük pay sahibi olan İkardi bu mövsüm də qollarını davam etdirib.

İkardi çıxışlarından sonra hücumçularından narazı olan "Real Madrid"in diqqətini çəkib.

İspaniya mətbuatı argentinalı ulduzun alacağı maaşdan da yazıb.

Xəbərə görə, İkardi "Real Madrid"ə keçsə, 8 milyon avro və bonuslar qazanacaq.

Xatırladaq ki, bu mövsümün əvvəlində "Qalatasaray"a transfer olan Mauro İkardi 25 matçda 17 qol vurub, 6 məhsuldar ötürmə edib.

BAKU.WS