SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Fənərbağça” klubu ağrılar səbəbindən son məşqə qatılmayan Edin Dzekonun zədələndiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, ona sağ ayağının arxa əzələsində dartılma diaqnozu qoyulduğu bildirilir.

Klubun rəsmi məkumatı belədir:

“Peşəkar Futbol A Komandamızın oyunçularından biri olan Edin Dzeko məşqdən sonra ağrıdan şikayətlənib. Ataşehir Acıbadem Xəstəxanasında MRT müayinəsi aparılıb.

Müayinələr nəticəsində sağ ayağının arxa əzələsində gərginlik aşkarlanan futbolçumuzun müalicə prosesinə başlanılıb”.

BAKU.WS