SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın "Espanyol" klubunun keçmiş futbolçusu, hazırda Çinin "Şanxay Portu"sunda çıxış edən argentinalı futbolçu Matias Varqas Lionel Messinin çirkli köynəyi ilə yatdığını deyib.

BAKU.WS-in xəbərinə görə, o, bu barədə "Fox Sports"a müsahibəsində bildirib.

"İki-üç ay Messinin çirkli köynəyi ilə yatdım, yastığımın yanında idi. Mən ona qarşı oynadım və formaları dəyişdirdik. Anam onu yumaq istədi. Mən ona toxunmamasını dedim", - yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, Varqas "Espanyol"da oyandığı zaman 2020-ci ilin yanvarında "Barselona" ilə 2-2 hesabla bitən matçdan sonra Messi ilə forma dəyişib.

Xatırladaq ki, 2023-cü ilin yayında Messi PSJ-dən "İnter Mayami"yə keçib. Argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 14 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS