SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin "İnter Mayami" futbol klubu Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messiyə təklif göndərib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı "Sport.es" yayıb.

35 yaşlı hücumçuya ümumilikdə 200 milyon dollarlıq 4 illik müqavilə təklif edib.

Mənbənin məlumatına görə, klub hesab edir ki, argentinalını Mayamidə evi olduğu üçün onu transferə razı salmaq olar.

ABŞ klubu Messi ilə birlikdə "Barselona"da çıxış edən yarımmüdafiəçi Serxio Busketslə də müqavilə imzalamağı düşünür.

Qeyd olunur ki, Messinin Amerika klubundan icarə əsasında "Barselona"ya keçməsi variantı da istisna edilmir.

PSJ-nin baş məşqçisi Kristof Qaltye cümə axşamı bildirib ki, Messi PSJ-də son matçını iyunun 3-də keçirəcək. Daha sonra Fransa klubunun mətbuat xidməti məşqçinin dediklərini təkzib edib.

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O vaxtdan bəri o, parislilərin heyətində 74 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə verib.

Xatırladaq ki, "İnter Mayami" məşhur futbolçu Devid Bekhemə məxsusdur.

BAKU.WS