SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın "Mançester Yunayted"lə matçında 2 qol vuran mərakeşli futbolçu Hakim Ziyeş Çempionlar Liqasında həftənin 11-i seçilib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, UEFA-dan verilən açıqlamaya görə, "Mançester Yunayted"lə qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edən İstanbul təmsilçisinin mərakeşli ulduzu Avropa futbolunun klub səviyyəsində ən önəmli turnirində həftənin 11-i arasında yer alıb.

Ziyeç UEFA Çempionlar Liqasında "həftənin oyunçusu" namizədləri arasında da yer alıb.

Xatırladaq ki, Ziyeş 2023-cü ilin avqustunda "Çelsi"dən icarə əsasında "Qalatasaray"a keçib.

UEFA Çempionlar Liqasında həftənin 11-də aşağıdakı adlar var:

Qapıçı: Qreqor Kobel ("Borussiya Dortmund")

Müdafiəçilər: Levin Blum ("Yanq Boyz"), Nikolay Matviyenko ("Şaxtyor"), Joa Kanselo ("Barselona")

Yarımmüdafiəçi: Fil Foden ("Mançester Siti"), Jud Bellinqem ("Real Madrid"), Joao Mario ("Benfika"), Bukayo Saka ("Arsenal"), Hakim Ziyeş ("Qalatasaray")

Hücumçular: Çiro İmmobile ("Latsio"), Qabriel Xesus ("Arsenal").

BAKU.WS