SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" klubunun oyunçuları "Molde" ilə oyun üçün Norveçə yola düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Ağdam təmsilçisi paylaşım edib.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

Matçı Belçika Futbol Federasiyasından Erik Lambrexts idarə edəcək. Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo (Fransa) və Yan Boterberq (Belçika) VAR hakimləri olacaqlar.

BAKU.WS
QALEREYA