SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı MMA döyüşçüsü Ramin Sultanov “Eagle FC”in yeni çempionu olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, həmyerlimiz “Eagle FC 54” turniri çərçivəsində rusiyalı Maqomed Kurbanovla üz-üzə gəlib.
Dörd raund davam edən döyüşün sonunda rəqibini boğucu fəndlə məğlub edən R.Sultanov yüngül çəkidə kəmərin sahibi olub. Qeyd edək ki, Ramin Sultanov MMA karyerası ərzində keçirdiyi doqquz döyüşdə qələbə qazanıb, cəmi bir dəfə məğlub olub. Onun rusiyalı rəqibi M.Kurbanovun isə beş qələbə, bir məğlubiyyəti var.

BAKU.WS
VİDEO