SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə nəhənglərindən olan “Fənərbaxça” “Qalatasaray”ın daha əvvəl talib olduğu futbolçunu heyətinə qatır.

BAKU.WS TRT Spor-a istinadən xəbər verir ki, "Fənərbaxça" yay transfer mövsümündə "Qalatasaray"ın maraqlandığı Türkiyə millisinin futbolçusu Salih Özcan üçün yanvar ayında konkret addımlar atmağa başlayacaq.

Erdem Timurun təklifinə rədd cavabı verən oyunçunun "Fənər"ə gəlməkdə istəkli olduğu bildirilir.

Almaniyanın "Borussiya Dortmund" komandasında çıxış edən Salih Özcanın bazar dəyəri 13 milyon avrodur. Onun alman klubu ilə daha 2 il yarımlıq müqaviləsi var.

Salih Özcan Milli Komandada 14 matçda 1 məhsuldar ötürmə edib.

BAKU.WS
QALEREYA