SİZİN REKLAM BURADA!
055 213 76 73


Kişi basketbolçulardan ibarət "Sabah"ın baş məşqçisi Boban Mitev ailə vəziyyəti ilə əlaqədar olaraq təcili Şimali Makedoniyaya yollanıb.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komandanı FIBA Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunun 4-cü turunda "Mornar" (Monteneqro) ilə görüşə məşqçi Nikola Bozinovski çıxaracaq.

Qeyd edək ki, noyabrın 8-i saat 19:00-da başlanacaq qarşılaşma "Sərhədçi" İdman Mərkəzində olacaq.

BAKU.WS