SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarışıq döyüş növləri üzrə (UFC) yüngül çəki dərəcəsində çempion İslam Maxaçev özünü peşəkar boksda sınayacağından danışıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Match TV" məlumat yayıb.

"Niyə də yox? Mən sadəcə cəhd etmək istərdim. Frensis Nqannu döyüşü peşəkar döyüşçünün boksa keçərkən hansı səviyyəyə çata biləcəyini göstərdi. Tayson Fyurinin hazır olmaması haqqında çox danışıldı, amma bu döyüş idi. Fyuri yıxıldı. Düşünürəm ki, Fyuri boksu pis şəkildə göstərdi", – Maxaçev bildirib.

Xatırladaq ki, oktyabrın 21-də Əbu-Dabidə keçirilən qarışıq döyüş növləri üzrə UFC-294 turnirində Maxaçev Aleks Volkanovski üzərində qələbə qazanıb. Maxaçev revanş görüşündə texniki nokautla qalib gəlib.

Maxaçev yüngül çəkidə UFC çempionu titulunu qazanan ikinci rusiyalı döyüşçü olub. Əvvəllər bu titul 2020-ci ildə amerikalı Castin Qetjini məğlub edən Həbib Nurməhəmmədova məxsus idi.

BAKU.WS