SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya nəhəngi "Real Madrid" ev oyunlarını keçirdiyi, təmir edilmiş "Santyaqo Bernabeu" stadionunun tikintisini başa çatdırmaq üçün üçüncü krediti götürəcək.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Klub prezidenti Florentino Perezin ümumi yığıncaqdan kredit icazəsi tələb edəcəyi məbləğlə "kral klubu"nun ümumi borcu 1,6 milyard avroya çatacaq.

Perez çıxarıla bilən ot örtüyü və çoxlu yeniliklərlə təchiz edilən stadiondan illik 300 milyon avro gəlir gözləyir.

Qeyd edək ki, Madrid təmsilçisi 2019-cu ildə stadion üçün 575 milyon avroluq ilk krediti götürüb. Klub bu krediti 2049-cu ilin sonuna qədər illik 29,5 milyon avroluq hissələrlə ödəyəcək.

"Marca"nın xəbərinə görə isə, "Real" stadionun yenilənmiş vəziyyətdə çıxarıla bilən ot texnologiyasını əhatə etmək üçün 225 milyon avroluq ikinci kreditini götürüb. Paytaxt təmsilçisi bu krediti 27 il ərzində ödəyəcək.

BAKU.WS