SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya La Liqasının 11-ci həftəsində mövsümün ilk "El-Klassiko" matçında "Barselona" lider "Real Madrid"lə qarşılaşacaq.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sabah iki güclü komanda "Lluis Companys" Olimpiya Stadionunda üz-üzə gələcək.

"Barselona" və "Real Madrid" indiyədək La Liqada 186 dəfə üz-üzə gəlib. Sözügedən görüşlərdə "Real Madrid" 77 dəfə qalib gəlib, "Barselona" isə 74 dəfə rəqibini qabaqlayıb.

İki komanda arasında keçirilən 35 qarşılaşma heç-heçə ilə bitib.

"Kral klubu" bu matçlarda 299 qol vurduğu halda, "Barsa" 298 qola imza atıb.

İki komanda arasında liqa yarışında ən çox oyun keçirən futbolçu 34 matçla hazırda İspaniyanın "Sevilya" klubunda çıxış edən  Serxio Ramos olub. "El-Klassiko"da ən çox qol vuran futbolçu isə 18 qolla Lionel Messi olub.

BAKU.WS