SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ klubunun hücumçusu Kilian Mbappe Tyeri Anrinin Çempionlar Liqasındakı uğurunu yeniləyib. 

BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mbappe ilk fransız futbolçudur ki Çempionlar Liqasının ardıcıl 8 ev oyununda qol vurur. Bunadək Tyeri Anri 2001-ci ilin martından 2002-ci ilin fevralınadək 7 ev oyununda fərqlənməyi bacarmışdı.

Qeyd edək ki, ötən gün Çempionlar Liqasının qrup oyunları çərçivəsində keçirilən matçda PSJ "Milan"ın 3:0 hesabı ilə darmadağın edib. Mbappe bir qol vurub.

BAKU.WS