SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, görüş  Səudiyyə Ərəbistanında keçirilən idmanın gələcəyi ilə bağlı təqdimat mərasimində baş tutub.

Gələn il Səudiyyə Ərəbistanında keçiriləcək ilk "eSport üzrə Dünya Kuboku"nun təqdimat mərasiminə qatılan Ronaldonu Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və FİFA prezidenti İnfantino müşayiət edib.

Qeyd olunur ki, Ronaldo və vəliəhd görüşdən əvvəl və sonra söhbətləşiblər.

BAKU.WS
QALEREYA