SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 10 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar

48 kq.
Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya)

52 kq.
Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya)
Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası)

57 kq.
Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər

60 kq.
Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar)
Əhməd Yusifov – Adel Hamada (Misir)

66 kq.
Kəramət Hüseynov - Daiki Bouba (Fransa)
Ruslan Paşayev - Matteo Piras (İtaliya)

73 kq.
İbrahim Əliyev - Ayub Xazaliyev (Fərdi Neytral İdmançılar)
Rəşid Məmmədəliyev - Biaslan Blimqotov (Bəhreyn)

90 kq.
Elcan Hacıyev - Daniel Nieto Trinidad (İspaniya)
Vüqar Talıbov - Caxonqir Maxidov (Tacikistan)

+100 kq.
Camal Qamzatxanov - Lukas Krpalek (Çexiya)
Uşanqi Kokauri - Yerassul Kazbayev (Qazaxıstan)

BAKU.WS