SİZİN REKLAM BURADA!
055 213 76 73


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

U-17 yığmamız yer aldığı 4-cü qrupda Serbiyanın qonağı olub.

Stara Pazovada keçirilən görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə sona çatıb. 1:5 hesabı ilə uduzan komandamızın yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qrupun digər matçında Lüksemburqla Sloveniya (1:1) heç-heçə ediblər.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci qarşılaşmasını oktyabrın 24-də eyni arenada Sloveniyaya qarşı keçirəcək.

BAKU.WS