SİZİN REKLAM BURADA!
055 213 76 73


“Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”.

“Report”un məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib: “Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.

O, birinci hissədə qol buraxmalarına da münasibət bildirib: “Birinci hissədə iki qol buraxmaq çox idi. Biz də pis oynamadıq, şanslarımız oldu.

İkinci hissədə daha yaxşı çıxış etdik. Amma qol vurmasanız, vəziyyəti dəyişməyiniz mümkün deyil. Hələ püşkatma zamanı beşinci səbətdə idik.

Yəni güclü qrupa düşdüyümüzü öncədən bilirdik. Noyabrda Avstriya və İsveçə qalib gəlsək, hər kəs komandanın tarixindəki ən mühüm qalibiyyətdən bəhs edəcək. Belə ağ-qara yanaşma kifayət qədər bezdiricidir”.

BAKU.WS