SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabah çox ağıllı oynamalıyıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bu rəqiblə Bakıdakı görüşün birinci hissəsində yaxşı çıxış etmədiklərini bildirib: "Amma ikinci yarıda tamam fərqli idik.

Bu il 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs oldu.

Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir".

Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

BAKU.WS