SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə və İtaliya AVRO-2032-yə birgə ev sahibliyi edəcək.

BAKU.WS xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən UEFA İdarə Heyətinin toplantısından sonra rəsmən açıqlanıb.

Mərasimdə AVRO-2028-ə ev sahibliyinin Böyük Britaniya və İrlandiya Respublikasının tərəfdaşlığına verildiyi açıqlanıb.

İdarə heyəti toplantısının ardından təşkil edilən mərasimdə UEFA prezidenti Aleksander Ceferin, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, İtaliya Futbol Federasiyasının prezidenti Gabriele Gravina və iki ölkənin nümayəndə heyətləri birlikdə mətbuat üçün pozalar verib.

BAKU.WS