SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa millisi və İtaliyanın "Yuventus" klubunun futbolçusu Pol Poqbanın dopinq testi yenidən müsbət çıxıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yarımmüdafiəçi ilk testin nəticəsinə etiraz etdiyi üçün yenidən test verib. Lakin cavab bu dəfə də müsbət olub.

30 yaşlı futbolçunun futboldan uzun müddətə uzaqlaşdırılması gözlənilir.

Qeyd olunur ki, "Yuventus" tezliklə onunla müqaviləni ləğv etmək niyyətindədir.

BAKU.WS