SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba AVRO-2020 çərçivəsində Almaniya ilə oyunundan sonra təşkil olunan mətbuat konfransında hərəkəti ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, fransız futbolçu "Heineken" pivəsini əyləşdiyi masanın üzərindən götürüb.

Qeyd edək ki, Pol Poqbanın bu hərəkəti onun müsəlman olması ilə əlaqələndirilir. Futbolçu alkoqol içkilərdən istifadəyə qarşı olduğu üçün masasının üzərində pivə şüşəsinin olmasını istəməyib.

Ötən gün Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo mətbuat konfransında diqqət mərkəzinə düşüb. Ulduz futbolçu masanın üzərində “Coca-Cola” şüşələrini gördükdən sonra maraqlı reaksiya verib. Futbolçu kolanı su şüşəsilə əvəz edib.

BAKU.WS
VİDEO