SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yuventus"un futbolçusu Pol Poqbanın böyük qardaşı Matias Poqba mütəşəkkil dəstənin tərkibində hədə-qorxu ilə pul tələb etməkdə və cinayət hazırlamaq məqsədilə cinayətkar birlikdə iştirakda ittiham olunaraq həbs edilib.

BAKU.WS Trend-ə isttinadən xəbər verir ki, bu barədə "RMC Sport" yazıb.

Mattıas cinayətin törədildiyi tarixlə bağlı alibisinin olduğunu bildirib:

"Biz bu qərara etiraz edəcəyik. Müvəkkilim heç bir cinayət əməli törətməyib", - deyə onun vəkili bildirib.

Bundan əvvəl Fransa prokurorluğunun Pol Poqbanın ifadəsi ilə bağlı araşdırmaya başladığı bildirib.

BAKU.WS