SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı basketbolçu Hüseyn Qaflanov ABŞ-a yollanıb.

“Report” xəbər verir ki, gənclərdən ibarət millinin üzvü Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə karyerasını daha yüksək səviyyədə davam etdirmək üçün bu addımı atıb.

15 yaşlı idmançı bu mövsüm basketbol karyerasını və təhsilini Cənubi Kaliforniya Akademiyasında (SCA) davam etdirəcək.

210 santimetr boya malik Hüseyn Qaflanova hazırlıq prosesində peşəkar yerli mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.

BAKU.WS