SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyanın "Jomi Salerno" klubu ilə üz-üzə gəlib.

Bu dəfə italyanlar nomimal meydan sahibi olublar.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma rəqibin qələbəsi ilə bitib - 36:19.

Bir gün öncə eyni arenada gerçəkləşən ilk görüşdə 19:29 hesabı ilə uduzan "Kür" mübarizəni dayandırıb.

BAKU.WS