SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinə oynamaq hüququ qazandığı üçün 4 milyon avroya yaxın pul qazanıb.

BAKU.WS-in araşdırmasına əsasən, “köhlən atlar” üç seçmə mərhələdə iştirakına görə (pley-offdan əlavə) 100 min avro və Avropa Liqasının qrupuna düşdüyü üçün 3,63 milyon avro əldə edib.

Bundan əlavə, “Qarabağ” klubu qrup mərhələsində hər qazandığı qələbəyə görə 630 min avro, heç-heçəyə görə isə 210 min avro qazanacaq.

Qeyd edək ki, “Qarabağ” mükafat pulundan əlavə UEFA-dan digər ödənişlər də alacaq. Bura yayım hüququ, reytinq, həmrəylik ödənişləri və digərləri daxildir.

Xatırladaq ki, təmsilçimiz qrupda Almaniya nəhəngi "Bayer 04", Norveç "Molde"si və İsveç təmsilçisi "Hakken”lə qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç "Molde"sini qəbul edəcək.

Orxan Hüseyn
BAKU.WS