SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasında mübarizə aparacaq Ağdamın "Qarabağ" klubunun qrup mərhələsində rəqibləri bu gün müəyyənləşəcək.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" püşkatmaya 2-ci səbətdən qatılacaq.

Təmsilçimizin UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması kluba ilkin mərhələdə 3,63 milyon avro qazandırıb. "Sports.ru"nun yazdığına əsasən, bu il turnirin ümumi mükafat fondu 465 milyon avro təşkil edəcək.

Avropa Liqasında çıxış edəcək "Qarabağ" klubu qrup oyunlarında hər qələbəyə görə 630 min avro, heç-heçəyə görə isə 210 min avro gəlir əldə edəcək. Əgər Ağdam təmsilçisi qrup birincisi olmağı bacararsa, əlavə 1,1 milyon avro, ikinci olarsa isə 500 min avro qazanacaq.

Pley-off ödənişləri:

  • 1/16 finala vəsiqə: 0,5 milyon avro
  • 1/8 finala vəsiqə: 1,1 milyon avro
  • 1/4 final: 1,5 milyon avro
  • 1/2 finala vəsiqə: 2,4 milyon avro
  • Finala vəsiqə: 4,5 milyon avro
  • UEFA Avropa Liqasının qalibi: 4 milyon avro.
Əli İsmayıl
BAKU.WS