SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-aprel aylarında Azərbaycana hava nəqliyyatı ilə 926 min 652 nəfər sərnişin daşınıb.
 
BAKU.WS Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % çoxdur.
 
4 ayda Azərbaycana 263 min 505 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,6 % artım deməkdir.
 
Təkcə aprel ayında Azərbaycana 258 min 176 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 46,3 % çoxdur. Apreldə Rusiyadan 71 min 835 sərnişin daşınıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 38,7 % çoxdur.
 
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 217 min 689 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 % çoxdur.
 
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 131 min 325 sərnişinlə (+42 %) daxil olub
BAKU.WS