SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sevindirici haldır ki, Azərbaycan taekvondoçusu Olimpiya çəki dərəcəsində ilk dəfə olaraq Avropa çempionu olur”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın taekvondoçu gənclərdən ibarət milli komandasının baş məşqçisi Mamed Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, taekvondo üzrə yarışda böyüklərdən 7 nəfər, gənclərdən isə 13 idmançımız iştirak edib.
“Bu, Azərbaycan Taekvondo Federasiyasının uğurudur. Gənclərin hər birinin çıxışı qənaətbəxş idi. Bütün idmançılarımız yaxşı nəticə əldə etdilər. Bu münasibətlə Azərbaycan Taekvondo Federasiyasını təbrik edirəm”, - deyə M.Abdullayev bildirib.

BAKU.WS