SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele Fransa PSJ-sinə keçir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano paylaşım edib.

O bildirib ki, artıq klublar arasında razılaşma əldə olunub. 26 yaşlı oyunçu PSJ-yə 5 illik müqavilə əsasında gedir.

Qeyd edək ki, Usman Dembele 2022/2023 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS