SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la səfərdə 2:2 hesablı heç-heçə edərək buna nail olub.

Sarayevoda baş tutan görüşdəki bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,875-ə çatıb.

“Qəbələ” isə bu turnir çərçivəsində öz meydanında Kipr klubu “Omoniya”ya uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,125-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,125 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Türkiyə, İsrail, Yunanıstan, Xorvatiya, Kipr, Ermənistan, Latviya, İslandiya, Malta və Monteneqronun irəliləməsinə, Serbiya, Danimarka, İsveç, Rusiya, Lixtenşteyn, Litva, Lüksemburq və Uelsin isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

BAKU.WS