SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "Nef stadionu"nun adı dəyişdirilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi RAMS Global ilə sponsorluq çərçivəsində müqavilə imzalayıb.

"Sarı-qırmızılılar"ın stadion adı 5 il müddətinə RAMS Park olacaq.

Ad və sponsorluq müqaviləsinin imzalanma mərasimi Ali Sami Yen İdman Kompleksində baş tutub.

Görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbek, klubun rəsmisi Erden Timur və RAMS Türkiyə CEO-su Devran Bülbül iştirak edib.

"Qalatasaray" bu müqavilə ilə 213 milyon 600 min TL qazanacaq.

BAKU.WS